Bu qəzada iki nəfəri hava yastığı xilas etdi - FOTO

Bərdədə ağır yol qəzası baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə rayonun Zümürxan kəndi ərazisində qeydə alınıb. İlkin ehtimala görə, ötmə əməliyyatını yerinə yetirmək istəyən “Mersedes”in sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Zərbə nəticəsində açılan hava yastığı avtomobildə olan hər iki nəfərin həyatını xilas edib.
Sürücü, Tərtər rayonunun Düyərli kənd sakini, 54 yaşlı Saleh Əliyev və sərnişin Goranboy rayonunun Qaraçınar kəndindən olan Rüstəm Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə MRX-na çatdırılıb. Xəstəxanadan əldə edilən məlumata görə, zərbə nəticəsində sol biləyi sınan 27 yaşlı Rüstəm Əliyevə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Sürücü Saleh Əliyevin isə sol diz qapağı sınıb, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisənin baş verdiyi əraziyə gələn Bərdə rayon Poliş Şöbəsinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının verdiyi məlumata görə, "Mersedes" markalı avtomobil qarşıda dönmə əməliyyatı həyata keçirən traktoru ötmək istəyərkən yoldan kənara çıxıb və nəticədə qəza baş verib. Hadisə rayon poliş şöbəsində araşdırılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















