Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər

Yol-nəqliyyat hadisələrinin sayının artdığı bir dövrdə təhlükəsizlik qaydalarına əməl olunması məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, avtomobildə təhlükəsizlik kəmərinin taxılması həm sürücünün, həm də sərnişinlərin həyatını qoruyan əsas tələblərdən biri hesab olunur. Lakin qanunvericilikdə bəzi hallarda bu qaydaya istisnalar da nəzərdə tutulub.
Bəs avtomobil idarə edərkən kimlər təhlükəsizlik kəmərini taxmaya bilər və bu istisnalar hansı şərtlər daxilində tətbiq olunur?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov Konkret.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən müəyyən kateqoriyadan olan şəxslərə təhlükəsizlik kəmərini taxmamağa icazə verilir.
“12 yaşınadək uşaqlar, geriyə hərəkət manevri edən sürücülər, hamilə qadınlar təhlükəsizlik kəmərini taxmaya bilərlər. Eyni zamanda, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədən şəxsə də kəmər bağlamamağa icazə verilir”.
Bundan başqa, yaşayış məntəqələrində operativ nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri üçün də bu tələb istisna təşkil edir.
“Təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edən sürücü kəmərini bağlamalı və sərnişinlərin də kəmərdən istifadə etməsini təmin etməlidir. Qeyd edək ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur”.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












