Bu şirkətə görə yol qəzalarında azı 104 nəfər ölüb

ABŞ-ın Ədliyyə Nazirliyi istehsal etdiyi avtomobillərin nasazlığı barədə məlumatı gizlədən avtomobil nəhəngi – “General Motors” korporasiyasının əməlində cinayət tərkibi aşkar edib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, şirkətin bu biganəliyi nəticəsində baş verən qəzalarda azı 104 nəfər həyatını itirib. “New York Times” qəzeti korporasiyanı tarixin ən iri cəriməsinin gözlədiyi barədə məlumat yayıb. Hökumətlə “General Motors” arasında bu məsələyə dair razılaşmanın yay aylarında baş tutacağı gözlənilir. Avtomobil istehsalçısının ödəyəcəyi cərimənin miqdarı açıqlanmasa da, bəzi məlumatlara görə o, keçən il “Toyota” şirkətinin ödədiyi 1,2 milyard dollarlıq rekord cəriməni keçə bilər.
Hazırda “General Motors” “Toyota”dan fərqli olaraq istintaqla aktiv əməkdaşlıq edir və bu səbəbdən də onun cəzasının bir qədər yumşalacağı ehtimal olunur.
Sözügedən nasazlıq hərəkət zamanı mühərrikin qəfildən sönməsinə gətirib çıxarırdı ki, bu da əyləc sisteminin sıradan çıxması və təhlükəsizlik qurğularının işləməməsi ilə nəticələnirdi. Şirkətin milyonlarla avtomobilini geri çağırılması ilə müşayiət edilən miqyaslı kampaniya yalnız 2014-cü ilin fevral ayında başlayıb. Lakin təhqiqatın fikrincə, korporasiya bu problem barədə həmin kampaniyadan xeyli əvvəl məlumatlı olub.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










