Bu sürücülərə elə cərimə yazacaqlar ki, həmin pulla yeni maşın almaq olar - VİDEO

Avtoxuliqanlıq edənlər sürdükləri avtomobilin qiyməti qədər cərimə ödəməli olacaqlar. Milli Məclisə təqdim edilən təkliflər qəbul olunsa avtoxuliqanlar 2 min manatdan 4 min manatadək cərimə olunacaq və nəqliyyat vasitəsi idarə etməkdən 2 il müddətinədək məhrum ediləcəklər. Təklifin ikinci variantında 2 ayadək inzibati həbs cəzasının tətbiqi də var. Ancaq mütəxəssislər avtoxuliqanlıq edən şəxslərə qarşı tədbirlər görülərkən bəzi məqamların xüsusilə nəzərə alınmasını vacib hesab edirlər.
Hazırkı qanunvericiliyə görə, avtoxuliqanlıq edənlər 400 manatdan 600 manatadək cərimə olunur, sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılır və 15 sutka inzibati həbslə cəzalandırılır.
Marşrut avtobuslarını idarə etmək hüququ olmayan şəxslərə də cəzaların sərtləşdirilməsi təklif olunub. Belə şəxslər ilk hadisədə 15 sutkadan bir ayadak, təkrar törədildikdə 1 aydan 2 ayadək, sağlamlığa xəsarət yetirilməsinə səbəb olduqda isə 2 aydan 3 ayadək inzibati həbs cəzasına məhkum ediləcəklər.
Hər iki təklif Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında müzakirəyə çıxarılacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












