Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yoluna radar quraşdırılıb. Avtosfer.az xəbər verir ki, Quba-Qusar istiqamətində olan yolda radar quraşdırılsa da hələ ki, aktiv deyil.
Həmin radarın qısa zaman sonra aktivləşdiriləcəyi bildirilir.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometr, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunub.
Nəzərə çatdıraq ki, ölkəmizdə avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi qaydaları Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli Qərarı ilə müəyyən edilib.
Xatırladaq ki, “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Qərarı qəbul edilib (Nocomment.az).
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...










