Bu yolda sola dönənləri cərimə edəcəklər – 3 bal və 60 manat - VİDEO

Neftçilər prospektindən gələrək hökumət evinə çatmamış sola dönən avtomobillər üçün hərəkət istiqaməti dəyişib. Avtosfer.az xəbər verir ki, həmin istiqamətə dönmə qadağan edilib və əvəzində bu yoldan Azadlıq prospektindən gələn avtomobillər istifadə edərək Neftçilər prospektinə çıxacaqlar. Bu, Zərifə Əliyeva küçəsində hərəkət sıxlığının xeyli azalmasına kömək edəcək.
Asfalt örtüyündəki köhnə dönmə işarəsi də silinəcək. Sürücülər nişanla asfalt örtüyündəki işarə arasında tərəddüd etsə mütləq nişanın tələbinə üstünlük verməlidir.
Nişanlar yeni olduğuna görə yol polisi əməkdaşları köhnə qayda ilə hərəkət edənləri cərimələmir. Sadəcə saxlayıb onlara xəbərdarlıq edirlər. Ancaq sabahdan etibarən yeni yol nişanlarına əməl etməyənləri 3 bal və 60 manat cərimə cəzası gözləyir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












