Bu yolda sürət nişanı götürülüb, hər an radara düşə bilərsiz - XƏBƏRDARLIQ

Bakı-Sumqayıt yolunda sürücülər hər an radara düşə bilər. Sumqayıtdan Bakıya gələnlər «Ekologiya postu»nu keçəndənt sonra adətən 90 km/saat sürət nişanını görüb buna uyğun hərəkət edirdilər. Avtosfer.az-ın məlumatına görə, artıq iki aydır həmin nişan götürülüb. Bu halda sürücülər çaş-baş qalır və bəziləri saatda 90, bəziləri isə 60-la hərəkət edirlər. Postda çatanda 70 km/saat sürət nişanı qoyulub. Lakin postu keçəndən sonra sürücülər hansı sürətlə hərəkət edəcəklərini müəyyənləşdirə bilmirlər. Postdan sonra qoyulan 90 km/saat sürət nişanı iki yerdə təkrarlanırdı. Lakin hazırda nişanlar olmadığı üçün mümkün qədər ehtiyyatlı olmaq lazımdır. Bu yolda hər an radara düşə bilərsiniz.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında nişanların götürülməsini yolda aparılan təmir işləri ilə əlaqələndirib. O bildirib ki, nişanlar yaxın vaxtlarda bərpa olunacaq: «Çox güman ki, orada sürət həddi əvvəlki kimi 90 km/saat müəyyən ediləcək. Çünki bu yolun keçdiyi ərazi yaşayış məntəqəsi sayılmır və ərazidə yerüstü piyada keçidi var».
Hazırda həmin ərazidə 90-la gedənlərin radara düşüb-düşmədiyi isə hələlik məlum deyil. Odur ki, postu keçəndən sonra da sürəti 70-dən yuxarı qaldırmayın! Əslində isə postdan əvvə qoyulan 70 km/saat sürət həddi postdan sonrakı yolayrıcında qüvvədən düşür. Buna görə də sürücülər çaş-baş qalır...
Son anda aldığımız məlumata görə, artıq həmin əraziyə yol nişanları qoyulub. Postu keçəndən sonra 90 km/saat sürət həddini göstərən nişanlar bərpa olunub. Bu o deməkdir ki, sürücülər postu keçəndən sonra Bakının girişinə qədər saatda 90 km sürətlə hərəkət edə bilərlər.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










