“Bugatti” uşaqlar üçün 58 500 avroya “Baby II” modelini təqdim edib - FOTO + VİDEO

“Bugatti” şirkəti, “Baby II” adlı uşaq avtomobilini təqdim edib. Avtosfer.az xarici KİV-lərə istinadən xəbər verir ki, maşın məhdud sayda, 500 ədəd istehsal olunub və minimal qiyməti 30 000 avrodur. Avtomobilin üst versiyası 58 500 avroya başa gəlir. Yeni “Baby” modelinin dizaynı, 1920-ci ildə yaradılmış “Type 35”in kiçildilmiş nümunəsini xatırladır. Avtomobil 14 yaşadan yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Bütün müştərilərə avtomobilin 4 versiyası təklif edilir:
baza modifikasiyalı – sürəti 20 km/saata qədər çatan, 1,3 at güclü elektrikli mühərrik;
“Baby II”nin daha güclü versiyası adlanan “Expert” – sürəti 45 km/saata qədər, 5,4 at güclü elektrikli mühərrik;
gövdəsi karbondan olan “Vitesse” versiyası – sürəti 70 km/saata qədər çatan, 13,34 at güclü elektrikli mühərrik;
üst modifikasiyalı alümin gövdəli “Pur Sang” - sürəti 70 km/saata qədər çatan, 13,34 at güclü elektrikli mühərriklə təchiz edilib.
Nüsxənin hər bir modelinin yığılmasına təxminən 200 saat vaxt tələb olunur.
Bütün versiya maşınlar arxa ötürücü ilə işləyir və enerji ehtiyatı olmadan 25 kilometrdən 50 kilometrə qədər sürülə bilir.
Həmçinin “Baby II” diferensialla yüksək sürtünmə və hidravlik tormoz sistemi ilə təchiz olunub.
Namiq Musayev










"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi











