Buna əl atmayın! 700 manat cərimə və 2 il həbs - VİDEO

Azərbaycanda sığorta dələduzluğu halları artıb. Yəni elə insanlar var ki, öz əmlakını sığortalayır, sonra ona özü zərər vururlar və sığorta şirkətindən pul tələb edirlər. Məlum məsələdir ki, bu cür quramalar sonda vətəndaş üçün uğursuzluqla nəticələnir. Bu yola əl atmaq fikrində olanlar etdiklərinin cinayət olduğunu bilməlidirlər. Bənzər qurama başqa bir vətəndaş tərəfindən əmlakla bağlı edilib. Satılmayan malları anbarda yandıraraq, onların qısaqapanma nəticəsində məhv olduğunu iddia edib. Hər iki fakt müştərinin uğursuzluğu ilə nəticələnib.
Sığortaçı deyir ki, real faktları saxtalardan ayırmaq çətin deyil. Çünki bu tip hadisələrin araşdırılmasına sığorta şirkətlərinin ekspertləri ilə yanaşı, hüquq mühafizə orqanları və müstəqil mütəxəssislər də cəlb edilir.
Hüquqşünas Mehdi Eyvazlı isə deyir ki, bu cür faktlar cinayət məcəlləsinin 178 - ci, yəni dələduzluq maddəsi ilə tənzimlənir. Onun törədilməsinə görə 100 manatdan 700 manata qədər cərimə və 2 ilə qədər həbs nəzərdə tutulur. Hətta belə əmələ cəhd belə cəzasız qalmır.
Yəni saxta yolla maliyyə əldə etmək istəyənlər bilməlidirlər ki, bu onları təkcə əmlakından məhrum etməyəcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












