Buna imkan verən sürücü «yanar» - Sürücülərin diqqətinə

Hər il minlərlə sürücü yanacaq göstəricisindəki xəbərdarlıq işığına əhəmiyyət vermədiyi üçün qəzaya düşür. Məşhur sığorta firması tərəfindən aparılan araşdırmaya qatılan sürücülərin dörddə birinin işıq göstəricisinin yanmasından sonra ən az bir 40 mil (təxminən 65 km) yol gedə biləcəklərinə inandıqları məlum olub. İki milyon sürücünün isə ucuz yanacaq tapmaq ümidi ilə davamlı xəbərdarlıq işığı ilə avtomobili idarə etdikləri üzə çıxıb.
Bildirilir ki, qadınlar bu məsələdə daha ehtiyatlıdırlar. Yanacağın bitməsinə görə yollarda qalanların yarısından çoxu məhz kişilərdir. Yanacağın bitməsindən sonra əlində benzin bidonu tutub kömək axtaran şəxs birbaşa təhlükə daşıyıcısıdır. Heç bir yanacaq göstəricisi dəqiq məlumat vermir. Yanacağın az qaldığını göstərən siqnal avtomobil modellərinə görə dəyişir və sadə texnologiya ilə işləyir.
Müasir avtomobillərdə mayenin bitməsi səbəbi ilə vasitəyə zərərin dəyməsi təhlükənin yaranması riskini daha da böyüdür. Çünki mütəxəssislərin fikrincə, yeni vasitə sistemləri daha həssasdır və bu tip ziyanlara dözümlülükləri daha aşağıdır. Tükənən yanacağın sükan və əyləcə də təsiri var. Nəticədə hər ikisinin fəaliyyəti çətinləşir.
Yanacaqdoldurma stansiyasına yol uzaqdır və qalan yanacağı qorumağın ən yaxşı üsulu nədir? Bunun üçün yolun vəziyyətinə görə 60 ilə 80 km arasında sürətə çıxın. Ani əyləc və sürətlənmələrdən qaçın.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












