"BYD" və “Geely”də saxtakarlıq aşkarlandı - Subsidiyalar bu mexanizmlə mənimsənilir

Çin hökuməti ölkəni elektromobil liderinə çevirmək üçün nəhəng vəsait ayırır. İndi isə hökumət bu vəsaitin hara xərcləndiyini soruşur. Avtosfer.az üçdilli “gocar.be” saytına istinadla xəbər verir ki, Çinin Texnologiya Nazirliyi avtomobil zavodlarında ciddi audit aparıb və ortaya xoş olmayan nəticələr çıxıb. Hökumət 2009-2023-cü illərdə istehsalçılara təxminən 220 milyard dollar subsidiya ayırıb. Bəzi istehsalçılar üçün hər avtomobilə 8000 dollar dotasiya verilib.
Hökumət məqsədinə qismən nail olub: Çİn dünyanın avtomobil liderinə çevrilib. Elektromobil istehsalında isə hətta Tesla kimi nəhənglər çinli istehsalçılarla ayaqlaşa bilmir.
Audit maraqlı faktı üzə çıxarıb. Hökumət dotasiya zamanı elektromobillərin müəyyən texniki göstəricilərə malik olmasını tələb edib. Xüsusilə də gediş ehtiyatı məsələsində. Məlum olub ki, on minlərlə maşın texniki şərtnaməyə uyğun olmasa da, dotasiya verilib. Saxtakarlıqların 60 faizdən çoxu 2 nəhəng şirkətdə - BYD və “Geely”də aşkar edilib. Hər 2 şirkət məsələ ilə bağlı mətbuata danışmaqdan imtina edir.
Audit həmçinin, çinli istehsalçıların “0 kilometr ikinci əl avtomobil” fırıldağının da üstünü açıb. Hazırda yoxlamalar davam etdiyi üçün saxtakarlığa yol vermiş şirkətləri hansı cəzanın gözlədiyi məlum deyil. Bu fakt məlumdur ki, saxtakarlıqların 70 faizi 2 şirkətdə üzə çıxarılıb.
Avropalı ekspertlərin qənaətinə görə, dotasiya dayandırılacağı təqdirdə Çin mütəxəssisləri istehsalı kəskin azaldacaq. Bu da onların beynəlxalq nüfuzunu zədələyəcək.
Vüqar
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR










