“Çəkələklə maşın sürən şəxs cərimə oluna bilməz”

Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq. Bunu trend-ə açıqlamasında Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Sürücülərə qarşı tətpiq olunan bu cəzanın hüquqi əsası varmı? Moderator.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, sürücülərin çəkələklə maşın sürməsinə qarşı heç bir qanun yoxdur: “Qanunda maşın sürən şəxsin hansısa geyim formasında avtomobil idarə etməsi göstərilməyib. Çəkələklə maşın sürən şəxslər cərimələnə bilməzlər. Biz sadəcə olaraq əməkdaşlarımıza təlimat vermişik ki, çəkələklə maşın sürən sürücüyə rast gələndə onlara çəkələklə maşın sürməməyi tövsiyə etsinlər. Çünki bu təhlükəlidir, sürücülər də özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq üçün çəkələklə maşın sürməkdən imtina etməlidirlər”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












