Cərimə meydançaları bahalı avtomobillərlə dolmağa başlayıb - FOTO

Daxili işlər naziri Ramil Usubovun ödənilməyən radar cərimələri ilə bağlı verdiyi məlum göstərişindən sonra cərimə meydançaları bahalı avtomobillərlə dolmağa başlayıb. Aznews.az–ın əməkdaşı bu günlərdə cərimə meydançasında Bakıda cəmi bir ədəd olan bahalı avtomobilin fotosunu çəkib. 10 TO 003 nömrə nişanlı “Aston Martin Rapide” markalı avtomobil xeyli radara və ödənilməyən borclara görə sürücünün əlindən alınıb. Fotosunu təqdim etdiyimiz bu avtomobilin yenisinin qiyməti yarım milyon civarındadır.
Araşdırma nəticəsində bəlli olub ki, fotodakı avtomobil saytların birində satışa qoyulub. Qiyməti heç də ucuz deyil - 180 min dollar. Həmin maşın 2011-ci il buraxılışlıdır. Mühərrikinin həcmi 6000 sm3, gücü isə 447 at gücündədir.
Cəmiyyətdə belə avtomobillərin məmur və ya oliqarx övladlarına məxsus olması fikri hakimdir. Bu avtomobilin sahibi Teymur Ocaqverdiyev isə sadəcə “Alverçi İslam” kimi tanınan İslam Ocaqverdiyev adlı şəxsin oğludur. Onun uzun illərdir avtomobil satışı ilə məşğul olduğu deyilir.
Xatırladaq ki, bu yaxınlarda Ramil Usubova ödənilməyən cərimələrin miqdarının 11 milyonu keçməsi barədə məruzə olunub. O isə cərimələri olan bütün avtomobillərin duracaqlara gətirilməsi göstərişini verib. Bundan sonra cərimə meydançaları bahalı avtomobillər muzeyinə çevrilməyə başlayıb. Bu fakt onu göstərir ki, cərimələrin ödənilməməyi imkansızlıqdan deyil, qudurğanlıqdan, qanunlara sayğısızlıqdan və ya kimlərəsə arxalanmaqdan irəli gəlir. Yoxsa qiyməti yüz minlərlə ölçülən avtomobil sahibi cəriməsini niyə ödəməsin ki?..
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı














