“Chery” 2023-cü ildə sürətini artırma yolunda irəliləyir

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan “Chery”, son illərdə əldə etdiyi artım sürətini 2023-cü ilə də daşıdı.
Avtosfer.az xəbər verir ki, 2023-cü ilin yanvar ayından illik 100 üzərindən 16,5lik böyümə faizi ilə 101 min 379 ədəd avtomobil satışını gerçəkləşdirən çinli marka, 2022-ci ilin iyunundan etibarən 8 ay ərzində ard-arda 100 min ədədlik satış rəqəmini keçib.
Bu böyük uğurun ən önəmli memarlarından olan TIGGO 7 və TIGGO 8 isə, sırayla 12 min 768 və 10 min 856 ədədlik satış rəqəmiylə 10 minlik limiti keçərək diqqətləri üzərinə cəmləməyi bacarıb.
Yanvar ayındakı yüksək performans, “Chery” üçün gözlənilməz bir nəticə deyildi. Marka, 2022-ci ildə reallaşdırdığı 1 milyon 230 min ədədlik satış rəqəmi ilə yeni rekorda imzasını atmışdı. Belə ki, “Chery”, satışlarda gerçəkləşdirdiyi uğuru, illik yüzdə 67,7 faizlik artım ilə 450 min ədədin üzərinə çıxan ixracat rəqəmi ilə qiymətləndirib.
Qeyd edək ki, öz Ar-Ge komandası ilə yanaşı, Jaguar Land Rover və General Motors kimi premium avtomobil istehsalçılarına xidmət göstərən 7 minlik tanınmış və seçilən dizaynerlərdən ibarət Ar-Ge komandası ilə “Chery” dünya statistikası üzrə 5-ci Ar-Ge mərkəzinə sahibdir.
Eyni zamanda 2023-cü ildə qabaqcıl texnologiyaların seriyalı istehsalını davam etdirən “Chery”, yeni modellərin təqdimat mərasimi ilə qlobal bazarda da sürətlə böyüyüb və populyarlıq qazanıb.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?














