Çin avtomobili almaq istəyənlərin NƏZƏRİNƏ: Yaxın vaxtlarda qiymətlər ucuzlaşacaq?

Son dövrlərdə avtomobil bazarında maraqlı tendensiya müşahidə olunur. Xüsusilə Çin istehsalı olan avtomobillərə münasibətdə müəyyən dəyişikliklərin baş verdiyi, bəzi hallarda tələbin azaldığı iddia edilir.
Bu isə avtomatik olaraq belə bir sualı gündəmə gətirir: əgər tələb azalırsa, Çin avtomobillərinin qiymətində ucuzlaşma baş verə bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, Çin avtomobillərinə olan tələbatın kəskin şəkildə azalması iddiaları o qədər də inandırıcı deyil.
“Dünya avtomobil bazarında Çin istehsalı olan nəqliyyat vasitələri əsasən daha ucuz seqmentə aid olduğuna görə geniş kütlə üçün cəlbediciliyini qoruyur. Burada əsas məsələ konkret ölkəyə keyfiyyətli və ya keyfiyyətsiz məhsulun satılması deyil, qiymət və əlçatanlıq faktorudur. Çin avtomobilləri digər markalarla müqayisədə daha münasib qiymətə təklif olunur və bu da onları vətəndaşlar üçün cəlbedici edir. Eyni zamanda, yanacaq qənaətliliyi də mühüm amillərdən biridir”, – deyə o, vurğulayıb.
Ekspertin sözlərinə görə, bu avtomobillərin bəzi mənfi cəhətləri də mövcuddur.
“Belə ki, xarici görünüş və detalların keyfiyyəti bəzən zəif olur, ehtiyat hissələri həm baha, həm də bazarda çətin tapılır. Bundan əlavə, servis xidmətlərinin sayının məhdud olması da istifadəçilər üçün müəyyən çətinliklər yaradır. Elektrik avtomobilləri seqmentində Çin markalarının sayı artsa da, bəzi bazarlarda bu istiqamətdə hələ də kifayət qədər geniş yayılma müşahidə olunmur”.
Ümumilikdə isə mütəxəssis hesab edir ki, bazarda müəyyən maraq azalması müşahidə edilsə belə, Çin avtomobilləri qiymət üstünlüyü və iqtisadi səmərəliliyi sayəsində mövcud mövqelərini qorumağa çalışır. Bu baxımdan yaxın dövrdə kütləvi ucuzlaşma ehtimalı yüksək qiymətləndirilmir.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












