Çin avtomobilləri öz sahiblərini "girov götürür" - VİDEO

Çinin "Haval" avtomobilləri öz sahiblərini "girov götürür" - soyuqlar səbəbindən qapıların tutacaqları qırılır, qapılar və sükan bloklanır. Avtosfer.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı yazıb. "Telegram" kanalının bildirdiyinə görə, "Haval H9" və "Haval F7x" avtomobillərinin sürücüləri bu problemlə üzləşiblər. Maşınların sahibləri şaxtalı havada gecə çöldə qalan maşınları aça bilmirlər. Hətta avtomobilin içinə girməyə nail olsalar belə, geri çıxmaq mümkün olmur, çünki qapılar kilidlənir.
Bonus olaraq, yolsuzluq avtomobilini açmağa çalışarkən tutacaqlar qırıla bilir. Həmçinin sürücülər mühərrikdə yaranan problemlərdən də şikayət edirlər. Belə ki, mühərrik sadəcə olaraq işə düşmür və starter boş fırlanır. Sürücülər qeyd edirlər ki, Çin avtomobillərində problemlər artıq -10°C-yə qədər temperaturda belə ortaya çıxmağa başlayır. "Haval"ın daha bir qış problemi soyuqlar səbəbindən sönən displeydir. Gecələr monitor "donur", onu yandırdıqdan sonra isə titrəməyə və sönməyə başlayır. Sensor ekran toxunuşuna reaksiya vermir. Belə bir ekranı dəyişdirmək isə baha başa gəlir (Oxu.az).
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












