Çin avtomobillərinin ucuz olmasının əsas səbəbi KEYFİYYƏT DEYİL

Çin avtomobillərinin ucuz olması dedikdə ilk növbədə ağla işçi qüvvəsinin ucuzluğu gəlir. Lakin maraqlıdır ki, hətta Avropa kimi bahalı iş qüvvəsinin olduğu zonada da Çin maşını ucuz başa gəlir. Bəs elə isə, səbəb nədir?
Avtosfer.az xəbər verir ki, məsələni İsveçrənin məşhur UBS bankı araşdırıb. Məlum olub ki, əsas səbəb istehsal sürətidir. Bu gün Avropada ən cəld istehsalçı Renault hesab edilir. Bu müəssisənin 1 avtomobili 10 saata ərsəyə gəlir (konveyerdən çıxma sürəti ilə qarışdırmamalı – konveyerdə sürət saniyə ilə ölçülür). Tesla sürəti 9 saata endirməyi qarşıya məqsəd qoyduğu halda, BYD şirkətinə 1 avtomobilin istehsalı üçün 5 saatdan az vaxt tələb olunur.
Digər tərəfdən, BYD bütün detalları özü istehsal etdiyi üçün təchizatçılardan asılılıq istisna edilir.
Üçüncü, elektromobil batareyalarının istehsalı üçün tələb olunan əsas xammal mənbələri Çindədir ki, bunun da yaratdığı üstünlüyü sözlə ifadə etmək mümkün deyil.
Vüqar
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT













