Çin “ekspansiyasından” ən çox zərər görən avtomobil istehsalçıları

Bir vaxtlar yalnız Avropa və Yaponiya modellərinin şütüdüyü küçələrdə indi Çin maşınları üstünlük əldə edib.
Avtosfer.az xəbər verir ki, gömrük və digər inzibati məhdudiyyətlərə rəğmən Çin avtomobillərinin “ekspansiyası” davam edir. Çinin daxili bazarı tamamilə dolub. İstehsalçılar mövcudluğunu davam etdirmək üçün bütün ixraca yönəlməyə məcburdurlar.
5-6 il əvvəl çinli istehsalçılar Asiya və Avstraliyada möhkəmləndikdən sonra digər regionlara üz tutdular. MDB, Yaxın Şərq və Latın Amerikasında möhkəmləndikdən sonra hazırki məqsəd Avropa bazarıdır. Lakin, məlum səbəblərdən Avropada möhkəmlənmə prosesi ağır gedir. Buna rəğmən, artıq bəzi avropalı istehsalçılar Çin modellərindən zərər çəkir.
Motor1.com saytı yazır ki, Avropa, Yaponiya, Koreya və ABŞ-nin əksər istehsalçıları çinlilərlə rəqabətdə çətinlik çəkir. Bəzi markalar isə daha çox ziyana düşür.
Avropada ən çox zərər görən marka FİAT-dır. 1995-ci ildə Avropada bazar payı 8,5 faiz olan marka indi bazarın cəmi 2,3 faizinə nəzarət edir. 30 ildə italiyalı istehsalçının mövqeyi 5-ci yerdən 18-ci yerə geriləyib.
Ekspertlər bu geriləməni markanın model cərgəsinin gec yenilənməsi ilə izah edirlər. “Citroen”, “Renault” və “Seat” da eyni vəziyyətdədir.
Asiya regionunda isə çinli istehsalçılardan ən çox zərəri “Nissan” görüb. Son 10 ildə yaponiyalı istehsalçı regional bazar payında 8-ci yerdən 17-ci yerə geriləyib. “Mitsubishi” və “Suzuki” də eyni vəziyyətdədir. *“Toyota” isə Çin avtomobilləri qarşısında yalnız 2 ölkədə - Qazaxıstan və Tacikistanda geri çəkilməyə məcbur olub. Bunu da böyük itki hesab etmək olmaz. İstehsalçı digər ölkələrdə başlıca olaraq “Land Cruiser” və “Camry” modelləri hesabına ayaq üstə qala bilir.*
Latın Amerikasında isə Çin maşınları ilk növbədə “Chevrolet”i sıxışdırır.
Rusiyada isə dövlət dəstəyinə rəğmən “Lada” rəqabət apara bilmir. Səbəb məlumdur.
Vüqar
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi
Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO
Benzinin saxlama müddəti bu qədərdir








