Çin maşını alanların NƏZƏRİNƏ: Gələn il də vergidən azad oluna bilər...

Gələn ildən Çindən idxal olunan avtomobillər üçün ƏDV və gömrük rüsumlarının yenidən tətbiq olunub-olunmayacağı maraq doğurur.
Maraqlıdır, gələn ildən Çindən idxal olunan avtomobillər üçün ƏDV və gömrük rüsumları yenidən ləğv oluna bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda rəsmi məlumatlara əsasən, 2026-cı ilin yanvarından etibarən xaricdən, o cümlədən Çindən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatır.
“Bu isə o deməkdir ki, sözügedən avtomobillər yenidən ƏDV və rüsumlara cəlb olunacaq və nəticədə qiymət artımı qaçılmaz olacaq”.
Akif Nəsirlinin sözlərinə görə, bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri və ekspertlər tərəfindən dəfələrlə açıqlamalar verilib, eyni zamanda parlamentdə müzakirələr aparılır. Lakin güzəştlərin gələcəkdə yenidən qüvvəyə minib-minməyəcəyi ilə bağlı hələlik rəsmi qərar yoxdur. “Azərbaycan “yaşıl enerji” istehsalını hədəfləyən və karbon emissiyalarının azaldılması öhdəliyini üzərinə götürən ölkə kimi elektrik və hibrid avtomobillərin idxalını stimullaşdırmalıdır. Bu baxımdan, belə güzəştlərin uzunmüddətli olması ölkənin avtomobil parkının daha sürətlə “yaşıl enerji”yə keçidinə töhfə verə bilər”.
Eyni zamanda Akif Nəsirli vurğulayıb ki, Gömrük Komitəsinin sədri növbəti ilin büdcəsi və qanunvericilik paketində tariflər və güzəştlərin yenidən nəzərdən keçirilə biləcəyini açıqlasa da, bu istiqamətdə hələlik konkret qərar mövcud deyil.
Qısacası, mövcud planlara əsasən, gələn ildən idxal olunan avtomobillər üçün ƏDV və gömrük rüsumları yenidən tətbiq ediləcək.
“Bu güzəştlərin ləğvi və ya bərpası ilə bağlı hər hansı yeni qərar qəbul olunacağı təqdirdə, ictimaiyyətə rəsmi şəkildə məlumat veriləcək”.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












