Çində 22 kilometr uzunluğunda avtomobil tunelinin açılışı oldu - FOTO

Çində 22 kilometrdən çox uzunluğu olan Tyanşan-Şenli avtomobil tuneli açılıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat verib.
Asiyanın ən uzun tuneli ölkənin şimal-qərbindəki Sintszyan-Uyğur muxtar bölgəsində yerləşir. Bu yol sayəsində dağlıq ərazidən keçmə müddətini bir neçə saatdan 20 dəqiqəyə qədər azaltmaq mümkündür. Yol 16 qırılma zonasından keçir və yüksək seysmik aktivlik, eləcə də çətin iqlim şəraiti zonasında inşa edilib. Layihənin regionda yol hərəkəti təhlükəsizliyini və əlçatanlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı gözlənilir.
Həmçinin qeyd olunur ki, Tyanşan-Şenli yolu G0711 Urumçi-Yuyli magistralının bir hissəsinə çevrilib. Sonuncunun uzunluğu 324 kilometrdən çoxdur. Yol regionun şimal və cənub şəhərlərini birləşdirir. Avtomobil tunelinin tikintisi beş il çəkib. Ümumi investisiyalar 46.7 milyard yuan (təxminən 6.63 milyard dollar) təşkil edib.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?














