Çində restoran sahibi işçilərinə "BMW" hədiyyə etdi

Çinin Henan əyalətinin Tsyaotso şəhərində restoran sahibi əməkdaşlarının əlverişsiz hava şəraitində elektrik skuterləri ilə işə getməməsi üçün onlara yeni BMW avtomobilləri hədiyyə edib.
Avtosfer.az bu barədə "Pengpai" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, Ma Yanli sentyabrın sonunda əməkdaşlarının hər gün elektrik skuterləri ilə işə getdiyini və pis hava şəraitində yolda çətinlik çəkdiklərini görüb. Bundan sonra sahibkar fərqlənən işçiləri mükafatlandırmaq qərarına gəlib və onların avtomobilləri üçün ödənişi tam şəkildə edib.
"Müşavirə zamanı rəhbər onları gözlənilmədən birbaşa BMW avtosalonuna apardı. Avtomobillərin ödənişi əvvəlcədən tam həyata keçirilmişdi", - deyə məlumatda bildirilib.
Ma Yanli restoranın inkişafının bütün əməkdaşların əməyindən asılı olduğunu vurğulayıb.
Avtomobillər restoranın iki ən yaxşı əməkdaşına verilib. Hər bir avtomobilin qiyməti 45 min dollar təşkil edib. (oxu.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












