Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir

Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində aktiv daxili istehlak fonunda avtomobil istehsalı və satışında ikirəqəmli artım qeydə alınıb. Avtosfer.az Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, cari ilin birinci yarısında avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 15,62 milyona, daxili satış isə 11,4 faiz çoxalaraq 15,65 milyon ədədə çatıb. Assosiasiyanın ekspertləri hesab edirlər ki, istehsalın və satışın çoxalmasının əsas səbəbləri ölkənin sabit iqtisadi inkişafı, istehlak proqramlarının icrası, habelə ekoloji təmiz avtomobil bazarının böyüməsidir. Təsadüfi deyil ki, hibrid və elektromobil istehsalı 41,4 faiz çoxalıb (6,97 milyon ədəd), satışı isə 40,3 faiz artaraq 6,94 milyon ədədə yüksəlib. Ekoloji təmiz avtomobillərin satışdakı payı 44,3 faiz təşkil edib. Hesabat dövründə Çinin 3,08 milyon ədəd avtomobil ixrac edib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çoxdur. Ekoloji təmiz avtomobillərin ixracı isə 75,2 faiz artaraq 1,06 milyon ədəd təşkil edib. Dünyanın ən iri avtomobil bazarı olan Çin ardıcıl 10 ildir elektromobil istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobili satışının yarıdan çoxu Çində olub. Çin son 2 ildə avtomobil ixracında liderdir.
Avtomobildə amortizatorun yayla birgə tətbiqinin SƏBƏBİ - FOTO
Betmenin avtomobili rekord qiymətə satıla bilər - FOTO
Köhnə “Jiquli”lər üçün yeni mühərriklər satışa çıxarıldı
Azərbaycana artıq bu avtomobillər GƏLİR: Digərləri...
Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?











