Çində yeni enerji avtomobillərinin beynəlxalq sərgisi keçirilir

Çinin Anhuy əyalətinin Hefey şəhərində Beynəlxalq Yeni Enerji Avtomobilləri Sərgisi işə başlayıb. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, avtomobil sənayesi liderləri, alimlər, ekspertlər bir araya toplaşaraq, yeni enerji avtomobilləri sahəsində ən son texnoloji trendləri müzakirə edir. Sərginin 200 min kvadratmetrlik ekspozisiya sahəsinin 5 tematik bölməsində 1000-dən çox avtomobil modeli nümayiş olunur. Onlar arasında 20 avtomobil ilk dəfə ictimaiyyətə təqdim olunur. Anhuy əyaləti Çində Şencen, Şanxay, Pekin və Çonçin şəhərləri ilə birlikdə yeni enerji avtomobilləri istehsalı və inkişafı üzrə öncül sıralardadır. Cari ilin ilk yarısında Anhuydakı müəssisələrdə 1,5 milyon avtomobil, o cümlədən 730 min NEV istehsal olunub. Anhuy bu göstərici ilə Çinin bölgələri arasında ilk yerdə qərarlaşıb.
Qeyd edək ki, dünyanın ən iri avtomobil bazarı olan Çin ardıcıl 10 ildir hibrid və tam elektrik avtomobillərini əhatə edən yeni enerji avtomobillərinin (NEV) istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobili satışının yarıdan çoxu Çində olub. Bu ilin yanvar-avqust aylarında daxili bazarında tam elektrik avtomobillərinin satışı 32,2, yeni enerji avtomobillərinin ümumi satışı isə 62,3 faiz çoxalıb.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












