Çinin avtomobil istehsalçısı peyklər buraxacaq

Çinin “Geely Holdings Group” avtomobil istehsalçısı 2021-ci ildə kommersiya peykləri buraxmağa başlayacaq.
“Sinhua” agentliyi xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Çinin Dövlət İnkişaf və İslahatlar Komitəsi “Geely Technology Group”a məxsus zavodda peyk istehsalının təşkilinə icazə verib.
Beləliklə, “Geely” Çində ticari istifadə üçün kosmik aparatlar istehsal edə biləcək ilk avtomobil istehsalçısı olacaq.
Ölkənin şərqindəki Çjetszyan əyalətinin Tayçjou şəhərində yerləşən zavoda artıq ilk avadanlıq partiyası gətirilib. İstehsalatın bu ilin oktyabr ayında başlayacağı gözlənilir. Zavodun layihə gücü ildə 500 peyki keçəcək.
“Geely” kosmik aparatların işlənib hazırlanması, istehsalı, buraxılışı və bazar tətbiqetmələrini əhatə edən sənaye zənciri qurduğunu açıqlayıb.
Qeyd edək ki, “Geely Holdings Group” “Geely Auto”, LYNK & CO, “Volvo Cars”, “Lotus Cars”, “Polestar”, “London Electric Vehicle Company” (LEVC) və s. kimi bir sıra tanınmış brendlərə sahib olan qlobal avtomobil qrupudur. “Geely”nin ştatında 52 mindən çox işçi var.
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
Azərbaycanda avtomobillər bahalaşdı
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!












