“Cupra”nın ilk elektromobil SUV modeli “Tavascan” təqdim edildi - FOTO

“Cupra”nın tamamilə elektrikli SUV modeli olan “Tavascan” sonunda təqdimatını gerçəkləşdirdi. Keçən il yayılan bir neçə fraqman görüntülərinin ardıyca artıq bütün olaraq qarşımıza çıxan “Tavascan”ı incələyək. Coupe SUV gövdə dizaynı ilə təqdim olunan elektrikli model, “Volkswagen ID.5”, “Skoda Enyaq IV” və “Audi Q4 e-tron Sportback” ilə eyni platformanı paylaşır. Eyni bu modeller kimi “Volkswagen”nin MEB platformasında istehsal olunan “Tavascan”, ölçü olaraq da sadalan modellərə bənzəyir.
Avtosfer.az xəbər verir ki, “Cupra”nın ilk elektromobil yolsuzluq avtomobili “Volkswagen ID.5”dən bir qədər uzun, daha geniş və hündürlük olaraq biraz daha alçaq formada dizayn edilib. Uzunluğu 4644 mm, eni 1861 mm və hündürlüyü 1597 mm olan “Tavascan” olduqca sport və sərt dizayn xətlərinə malikdir.
“Tavascan”ın kapotunun altında nə var?
İki fərqli güc variantı ilə gələn “Cupra”nın “Tavascan” modeli, giriş səviyyəli avadanlığı olan Endurance-də tək elektrik mühərriki ilə gəlir. 281 at qüvvəsi və 545 Nm fırlanma anı olan giriş səviyyəli modelə əlavə olaraq, cüt mühərrikli VZ adlandırılan təchizat 333 at qüvvəsi və 679 Nm fırlanma anı təklif edir. Təbii ki, “Tavascan VZ” bu mühüm texniki məlumatlarla 0-dan 100 km/saatda sürətlənməsini 5,6 saniyəyə həyata keçirə bilir.
Hər iki avadanlıqda olan 77 kVt/saat lit hium-Ion batareya dəsti giriş səviyyəli və arxa təkərli model 550 km-ə qədər məsafə qət edərkən, tam ötürücülü versiyada bu göstərici 520 kilometrə çatırv. Əlbəttə ki, bu ölçülərin WLTP üsuluna uyğun olaraq aparıldığını qeyd etmək lazımdır.
Qeyd edək ki, DC sürətli enerji yığma dəstəyinə də sahib olan “Tavascan” 30 dəqiqə ərzində 10%-dən 80%-ə qədər şarj ola bilir. 7 dəqiqəlik enerji doldurma vaxtı ilə 100 kilometrə qədər məsafə qət edə bilən “Cupra”nın yeni SUV modeli bir çox qabaqcıl təhlükəsizlik köməkçilərinə də sahibdir.
Nərmin Əkbər
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir





















