Daha iki küçə sürücülərin ixtiyarına verildi - FOTO

Bakının Binəqədi rayonunda iki küçə təmirdən sonra sürücülərin ixtiyarına verilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, “Azəryolservis” ASC paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə təmir-tikinti işlərini davam etdirir. Bu çərçivədə Binəqədi rayonu Biləcəri qəsəbəsinin daha iki küçəsi - Rəşid İsmayılov və Xurşidbanu Natəvan küçələri təmir olunub. Küçələrin ümumi uzunluğu 670 metr, eni isə ortalama 13,5 metrdir. Burada ümumilikdə 9500 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa, hər iki küçədə zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenilənib. Sözügedən ərazidə təqribən 1350 paqon-metr yeni səki daşı düzülüb, səkilərdə abadlıq işləri həyata keçirilib. Bəzi ərazilərdə səkilərə tamet daşları düzülüb, bəzi yerlərdə isə səkilər asfaltlanıb.
Qeyd edək ki, bundan öncə qəsəbənin ümumi uzunluğu 4 kilometr olan 4 küçəsində analoji təmir-tikinti işləri həyata keçirilib.
Fidan
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı














