Dairəni keçə bilməyənlər - Bakıda 4 qəzadan 1 VİDEO

Avtosfer.az- Bakıda baş vermiş daha 4 yol qəzasının videosunu təqdim edir. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan bu görüntülərdəki qəzaların hamısı dairəvi hərəkət təşkil olunan yolayrıclarında baş versə də, səbəblər tam fərqlidir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov həmin qəzalara şərh verib. Şərhi olduğu kimi təqdim edirik:
«Birinci hadisədə dairəyə daxil olan “Mersedes”in sürücüsü sanki heç nəyi görmür və boş yoldaymış kimi hərəkətini davam etdirir. Tormozlanmaq istəyəndə isə artıq gec olur. Amma bu hadisə bəzi sürücülərimizin çox təhlükəli bir vərdişini də xatırlatdı. Bəzi “zirək” sürücülər bilərəkdən nisbətən yüksək sürətlə üstünlük hüququ olan avtomobilin yoluna qismən daxil olurlar və düşünürlər ki, üstünlüyü olan sürücü vəziyyətə baxıb onlara yol verəcək (buna mədəni şəkildə məcbur olacaq). Amma bu, çox yanlış və təhlükəlidir, xüsusən də avtobus qabağında ediləndə...
İkinci qəzada isə gəldiyi yolun ən sağdakı zolağında olan sürücü yalnız dairəyə çatanda sola dönməyə başlayır. Özü də bu zaman özündən soldakı zolaqla düzünə gedən avtomobili unudur. Nəticə isə qəzayla başa çatır.
Üçüncü qəza məşhur “Statistika” dairəsində baş verir. Hərəkət şəraitindən belə anlaşılır ki, svetofor işləmir. Amma qəzanı törədən ağ rəngli «Cip»in sürücüsünün davranışı çox maraqlıdır. Böyük ehtimalla həmin sürücünün başı yalnız sağ tərəfinə baxmağa qarışıb və düz qarşısındakı avtomobilin onun yolunu keçib getmədiyini görmür. Oxşar şəraitlərdə belə qəzaları tipik adlandırmaq olar. Çünki belə qarışıq hərəkət şəraiti olan yolayrıclarında bəzi sürücülərin başı yalnız bir tərəfi nəzarətdə saxlamağa elə qarışır ki, digər istiqamətlər tam yaddan çıxır və belə qəzalar baş verir.
Dördüncü qəza isə M.Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişdiyi dairədə baş verir. Bu qəzada dairəyə daxil olan boz rəngli “Mersedes”in sürücüsü hərəkət qaydalarını aşkar şəkildə pozur. O, yəqin ki, nisbətən asta gedən avtobusla yanaşı gedən tünd rəngli “Mersedes”in sürətlərini eyni görür. Onun da qabağından keçə biləcəyini düşünür. Şəraitin belə yanlış qiymətləndirilməsi və aşkar qayda pozuntusu gördüyünüz qəzanı doğurur».
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










