Daxildən yanan mühərriklərin satışı getdikcə azalır - VİDEO

Son zamanlarda elektromobil avtomobillərə olan tələb getdikcə artmağa başlayıb.
Avtosfer.az xəbər verir ki, xüsusilə keçən il anidən başlayan Rusiya - Ukrayna müharibəsindən sonra maye yanacaq qiymətlərində gözlə görünən artım müşahidə olundu. Bu artım bir çox müştərini elektromobil avtomobil almağa yönləndirdi. Son məlumatlara görə bu istiqamətdə artım getdikcə irəliləyir.
Bloomberg tərəfindən hazırlanan son hesabata görə 2017-ci ilində qlobalda ənənəvi hibrid modellər daxil ümumilikdə 86 milyon ədəd daxildən yanan mühərriklərin satışı gerçəkləşdi. Bu nəqliyyat vasitələrinə əlavə olaraq şarj edilə bilən hibrid və tamamilə elektromobil modellər isə təkcə 1 milyon ədəd sata bildi və daxildən yanan mühərriklərdən olduqca geridə qaldı. Ancaq keçən 5 ilin ardından vəziyyət dəyişməyə başladı. 2022-ci ilə gəldikdə isə daxildən yanan avtomobil satışları 100-də 20% azalaraq 69 milyona gerilədi. Şarj edilə bilən hibrid avtomobillərinin satışı 2.9 milyona çıxarkən tamamilə elektromobil avtomobillərin satışı 7.5 milyona yüksəldi.
Bloomberg tərəfindən hazırlanan hesabatın market analizlərinə baxdığımızda Şimali Amerika, Avropa və Çində də eyni trendin gerçəkləşdiyini görürük. Əlavə olaraq Cənubi Afrika və Hindistan kimi bazarlarda da elektromobil avtomobil sayının getdikcə artdığını müşahidə etmək mümkündür.
Xüsusilə son zamanlarda markaların həddindən çox elektromobil model bazara çıxarmasına səbəb oldu. Eyni zamanda daxildən yanan mühərrikli modellərin də sırayla bazardan çıxması bir çox müştərinin elektromobil avtomobil tərcih etməsinə kömək etdi.
Nərmin Əkbər
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
















