Daxili yanma mühərrikli avtomobillərin satışı əvvəlki səviyyəyə çatmayacaq

Benzin və dizel mühərrikləri ilə hərəkətə gələn avtomobillərin satışları pandemiyadan əvvəlki səviyyəyə qayıtmayacaqdır. Belə bir nəticəyə qlobal avtomobil bazarında tələbatı araşdırmış BloombergNEF (BNEF) analitikləri gəliblər. Tələbatın pik həddi dünyada 86 milyon daxili yanma mühərrikli avtomobilin satıldığı 2017-ci ilə təsadüf edib. Bundan sonra, 2020-ci ildə satışlar kəskin şəkildə azalaraq tənəzzülə uğrayıblar. Mütəxəssislərin fikrincə, elektromobillər sayəsində tələbatın əvvəlki səviyyəyə qayıtması ehtimalı çox azdır.
2017-ci ildə dünya üzrə təxminən 87 milyon avtomobil satılıb və satışlar indiyədək bu səviyyəyə qayıtmayıblar. O zaman 0,4 milyon ədəd plagin hibrid, 0,7 milyon ədəd isə elektromobil satılmışdı. O vaxtdan bəri “yaşıl” avtomobillərin payı artıb. 2022-ci ilin nəticələrinə görə, artıq dünya üzrə 2,9 milyon plagin hibrid və 7,5 milyon elektromobil satılıb. Daxili yanma mühərrikli avtomobillərin satışı 2017-ci illə müqayisədə demək olar ki, 20 faiz azalaraq 69,1 milyon ədəd çatıb.
Elektrikləşdirilmiş modellərə tədricən keçid tendensiyası böyük bazarların əksəriyyətində müşahidə olunur. Bu hal xüsusilə Çin üçün xarakterikdir: burada beş il ərzində yanacaqla işləyən avtomobillərə tələbat 28 faiz azalıb. Oxşar dəyişikliklər Avropa və Şimali Amerikada da baş verib. Analitiklər həmçinin elektromobillərin Cənub-Şərqi Asiyanın böyüyən bazarında da artım göstərəcəyindən əmindirlər.
BNEF, pandemiyadan sonra daxili yanma mühərrikli avtomobillərə olan tələbatın bərpa olunacağından əmindir, lakin bu tələbat heç vaxt 2017-ci ildəki ən yüksək səviyyəyə çatmayacaqdır. Eyni zamanda, belə avtomobillərə olan tələbat 2026-cı ildən başlayaraq ciddi şəkildə azalmalıdır. Buna sənayenin elektromobillərə keçidi, infrastrukturun inkişafı və “yaşıl” avtomobil parkının artması təkan verəcəkdir.
Keçən il Avropa Komissiyası 2035-ci ilə qədər elektrikomobillərə keçidlə bağlı razılığa gəlib. Bununla belə, martın əvvəlində benzin və dizel ilə işləyən avtomobillərin qadağan edilməsinə dair əsas səsvermə təxirə salınmalı olub. Bunun əsas səbəbi isə, Almaniyanın moratoriuma keçidin daha yumşaq şəkildə həyata keçirilməsi tələbi olub.
(autograph.az )
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










