Dayanma-durma qaydalarını pozanlara fərqli cəza verilməlidir - TƏKLİF

Azərbaycanın yol hərəkəti qaydalarını pozan əməllərə görə məsuliyyət müəyyən edən qanunvericiliyində bir sıra boşluqlar var. Hətta qanunvericilikdə bu gün üçün aktual olan, amma işləməyən maddələr də var. Bu, başqa bir mövzudur və geniş təhlil olunmalıdır.
Lakin bu gün Avtosfer.az saytı olaraq maraqlı bir məqama toxunmaq istəyirik. Hesab edirik ki, bu məsələ digər sürücülər üçün, habelə yolu kəsilən insanlar üçün də maraqlı olar. Məlumdur ki, dayanma-durma qaydalarını pozan sürücüləri 20 manat cərimə edirlər. Yalnız avtomobil evakuasiya olunduqda əlavə olaraq 20 manat evakuasiya xərci alınır. Amma dayanma-durma qaydalarının özünün də incəlikləri var və bu məqamlara diqqət etdikdə maraqlı nüanslar ortaya çıxır. Məsələn, Neftçilər prospektində yolun sağında heç kimə mane olmayan, lakin dayanma-durma qaydalarını pozan sürücüyə də 20 manat cərimə tətbiq olunur, «Elmlər Akademiyası», «İnşaatçılar» metrostansiyalarının yaxınlığında ikinci, hətta üçüncü zolaqda maşın saxlayıb sıxlıq və qəza şəraiti yaradanlara da. Piyada keçidlərinin – zebrin üstündə maşın park edənlərə də cəmi 20 manat cərimə tətbiq olunur. Yaxşı olardı ki, bu xətalar arasındakı fərq nəzərə alınsın və cərimələr də sürücünün əməlinə adekvat olsun. Yəni, normal insan bilmədən və ya məcburiyyətdən, heç kimə problem yaratmadan təhlükəli olmayan və sıxlıq yaratmayan yerdə maşın saxlayırsa, ona 20 manat cərimə tətbiq olunur. Amma elə sürücü də var ki, nə özünə, nə də ətrafdakılara hörmət qoymur, maşının qiymətinə, nömrənin rəqəmlərinə arxayın olub necə gəldi park edir. Bununla digər hərəkət iştirakçılarını təhlükəyə atır, onlara mane olur, hətta cəmiyyətə saymamazlıq edir.
Hər halda, bu əməllər arasında böyük fərq var. Cərimələr də bu fərqə uyğun şəkildə tətbiq edilməlidir.
Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl piyada keçidində olan piyadaya yol verməməyə görə 50 manatlıq cərimə də İnzibati Xətalar Məcəlləsində ayrıca maddə kimi təsbit olundu və bu gün effektiv bir maddəyə çevrilib. Əvvəllər bu əmələ görə İXM-nin 151.1-ci maddəsi tətbiq edilirdi. Bu maddənin də cəriməsi əvvəllər 20 manat, sonradan isə 40 manat oldu. Hesb edirik ki, dayanma və durma qaydalarını pozmaya da konkret vəziyyətdən asılı olaraq, digər hərəkət iştirakçılarına maneə yaradılması, təhlükə doğurması və başqa meyarlar nəzərə alınmaqla hüquqi qiymət verilməli, kobud pozuntulara görə daha sərt cərimə nəzərdə tutulmalıdır. Məsələn, yazıda təqdim olunan fotolara diqqətlə baxsınız özünüz hər şeyi görüb qiymət verə bilərsiniz…
Elməddin Muradlı
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var

















