Dizel dövrü bitir: İlk dəyişiklik bu nəqliyyat növündən başlayır - AÇIQLAMA

İqlim dəyişikliyi ilə mübarizə və aşağıkarbonlu iqtisadiyyat Azərbaycanın əsas prioritetidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov bildirib ki, məsələ beynəlxalq öhdəliklərdə də əksini tapıb.
Nəqliyyat sektoru bu sahədə mühüm rola sahibdir. Qlobal emissiyaların 15 faizi, Azərbaycanda isə 13 faizi nəqliyyatın payına düşür. Bakıda xəttə çıxan 2600 avtobusdan köhnə dizel modelləri tam yığışdırılacaq. İl sonunadək onların sayı 500-ə enəcək, gələn il isə tam yenilənəcək.
İctimai nəqliyyatın tam elektrik və ya sıxılmış qazla çalışan avtobuslara keçidi şəhərin mövcud şarj və doldurma infrastrukturu üçün nə dərəcədə hazırdır?
Avtosfer.az xəbər verir ki, Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, bununla əlaqədar əlavə şarj məntəqələrinin, sıxılmış təbii qazla işləyən nəqliyyat vasitələri üçün yanacaqdoldurma məntəqələrinin və yeni qarajların sayının artırılması məsələsi də gündəmdədir:
![]()
"Çünki mövcud infrastrukturun genişləndirilməsi və yeni məntəqələrin yaradılması bu prosesin vacib tərkib hissəsidir. Hazırda fəaliyyət göstərən məntəqələrlə yanaşı, gələcəkdə nəqliyyat vasitələrinin sayının artması və xidmət şəbəkəsinin genişlənməsi nəzərə alınaraq yeni məntəqələrin yaradılması da zərurətə çevrilə bilər".
Onun sözlərinə görə, bu zaman marşrut şəbəkəsinin xüsusiyyətləri, qarajların yerləşdiyi ərazilər və nəqliyyat vasitələrinə xidmət imkanları əsas meyarlar kimi nəzərə alınacaq:
"Yəni yeni şarj və yanacaqdoldurma məntəqələrinin harada yerləşdirilməsi, eləcə də qarajların sayının artırılması mövcud infrastrukturun imkanları və gələcək tələbat əsasında planlaşdırıla bilər".
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Dizel avtomobillərin sonu yaxınlaşır... - Bu tarixdən dövriyyədən çıxarılacaqlar
Qərar təkcə benzin və dizellərə aid deyil - DİQQƏT!
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!












