Dizel, yoxsa benzin? - VİDEO

Dövlət Statistika Komitəsinin açıqlamasına görə ölkəmizdə dizel yanacağının istifadəsi çoxalıb. Bu yanacaq növü ucuz olduğundan bir çox sürücü məhz dizellə işləyən maşınlara üstünlük verir. Bəs görəsən, dizel və benzin yanacağı ilə işləyən avtomobillərin bir- biri ilə müqayisədə üstünlükləri nədir?
Azərbaycanda dizellə işləyən avtomobillərin sayı sürətlə artır. Bunu Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər sübut edir. Bu ilin üç ayı ərzində ölkəmizdə 796.4 min ton dizel yanacağı istifadə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 faiz çoxdur. Ölkəmizdə dizel yanacağının benzindən ucuz olması bu yanacağla işlyən avtomobillərin çoxalmasına səbəb olur. Ancaq sürücülərin dizel mühərrikli avtomobillərə münasibəti bir mənalı deyil.
Qeyd edək hazırda ölkədə ən çox təlabatın olduğu benzin yanacağı A 92 markalı benzin 70 qəpiyə, dizel yanacağı isə 60 qəpiyə satılır. Mütəxəsislər bildirir ki insanların dizel mühərrikkli avtomobillərə yönəlməsinin digər səbəbi sərfiyyatının aşağı olmasıdır. Məsələn eyni avtomobilin benzinlə işləyəni 100 kilometr məsafəyə 13 litr yanacaq sərf edirsə dizelllə işləyənlər eyni məsafəyə təxminə 10 litr sərf edir.
Yəni təkcə sərfiyyatda 25-30 faizə fərq yaranır. Qiymət fərqini də nəzərə alsaq dizel mühərrikli avtomobil sürənlər yanacağa xərclədikləri pula təxminən 40 faizədək qənaət edir. Sürücülər arasında belə bir yanlış təsəvvür var ki, dizel avtomobillər daha tez xarab olur. Amma benzinlə işləyən avtomobillərin də bir çox üstünlükləri var.
Xəzərxəbər
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










