Dövlətə məxsus avtomobillər 4000 manatdan satılıb - QİYMƏTLƏR - FOTO

İyulun 27-də təşkil olunan hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Avtosfer.az-a verilən məlumata əsasən, nəqliyyat vasitələri üzrə ümumulikdə 29 sifariş qeydə alınıb, sifarişçilərdən 3-ü hərraca olduğu məkandan elektron formada qoşulub.
Bildirək ki, hərraca çıxarılan avtomobillərin yekun satış qiyməti 4000 manatdan başlayıb və 8000 manat qədər artıb. Yəni, hərracda ən ucuz avtomobil 4000 manatdan öz sahibini tapıb.
Xatırladaq ki, bu avtomobillərin hərraca çıxarılan ilkin satış qiyməti 2500 manatdan başlayıb və 6000 manata qədər olub.
Qeyd edilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - VİDEO
Azərbaycanda bu maşınların qiyməti kəskin BAHALAŞDI
Maşın alırsınız, yoxsa tələyə düşürsünüz? ŞOK XƏBƏRDARLIQ!
Bu şəxslərə pulsuz maşın verilir – SİYAHI
“Sığorta haqqını hesabla” xidmətindən istifadə ilə bağlı video-təlimat hazırlanıb - VİDEO
"5 il sonra Hyundai, Kia alan olmayacaq" - USTA
Bu üsulla cərimədən yayınmaq mümkün olmayacaq
Bu “Niva”ların qiyməti görənləri heyrətləndirir - FOTOLAR
İş adamı və arvadının tabutu avtomobil formasında dizayn edildi - FOTOLAR
“50 qəpik”də maşın yuyanların NƏZƏRİNƏ
Azərbaycanda ümumi etibarnamə ilə avtomobil almaq nə dərəcədə risklidir? - AÇIQLAMA












