Dünyanın ən çox satılan avtomobilləri

2024-cü ilin ilk yarısında qlobal avtomobil bazarında dəyişikliklər yaşanıb. 2023-cü ilin ən çox satılan avtomobili olan Tesla Model Y, bu il liderliyini itirərək ikinci sıraya düşüb.
Avtosfer.az "Modern.az"a istinadən xəbər verir ki, Toyota RAV4 isə 0,16% fərqlə Model Y-ni geridə qoyaraq 2024-cü ilin ən çox satılan avtomobili olub.
Toyota RAV4-ün hibrid və plug-in hibrid modelləri bazarda böyük maraqla qarşılanıb. Ətraf mühitə dost texnologiyalarla istehlakçıların diqqətini cəlb edən bu modellər RAV4-ün zirvəyə qalxmasında mühüm rol oynayıb. Yüksək yanacaq qənaəti və müasir dizaynı ilə də RAV4-ə böyük tələbat var. pizza mizza
Tesla Model Y-nin satışlarında müşahidə olunan azalma əsasən yeni versiyasının təqdimatı ilə bağlı gözləmələrdən qaynaqlanır. Alıcıların bu ilki modelə marağını azaldıb. Eyni zamanda Tesla-nın rəhbəri Elon Musk-ın bəzi siyasi açıqlamaları da markanın bazardakı imicinə mənfi təsir göstərib.
Bununla yanaşı, Tesla Model 3 sedanı, 2024-cü ilin ən çox satılan 10 avtomobili arasında 9-cu sırada yer alıb. Model 3-ün satışları 10 faiz artıb. Həmçinin, Çin istehsalı BYD Qin plug-in hibrid modeli də ilk 10-a daxil olaraq bazarda diqqət çəkib.
2024-cü ilin qlobal avtomobil bazarında elektrikli və hibrit texnologiyaların artan populyarlığı RAV4-ün liderliyə yüksəlməsinin əsas səbəblərindən biri olub
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












