Dünyanın ən güclü avtomobili - FOTO

Finlandiyanın avtomobil istehsalçıları dünyanın ən güclü avtomobilini hazırlayıblar. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, 4 mühərrikli “Toroidion 1MW” elektromobilinin gücü nə az, nə çox 1341 at gücüdür. Müqayisə üçün bildirək ki, ən güclü avtomobillər hesab edilən “Ferrari F12 Berlinetta” 732 at gücündə, “Lamborghini Aventador” modeli isə 720 at gücündədir. Fransadakı məşhur avtomobil yarışı “Le Mans”ı qazanmaq məqsədilə hazırlanan avtomobili Finlandiyanın “Toroidion” şirkəti istehsal edib. Bu maşın digər elektromobillərdən gurultulu səsi ilə seçilir. Hətta avtomobilin soyutma sisteminin səsi o qədər güclüdür ki, kuzovu silkələyir. Onun digər elektromobillərdən bir üstün cəhəti də var. Belə ki, avtomobilin batareyasını çıxarıb istənilən yerdə enerji doldurmaq da mümkündür.
Elektromobilin qiyməti də kifayət qədər yüksəkdir. Avtomobil 1,5-3,5 milyon dollar arasında qiymətləndirilir. “Toroidion 1MW” elektromobilinə güclü təlabat olarsa, qiymət aşağı düşə bilər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
















