Dünyanın ən kiçik avtomobili - FOTO

Avtosfer.az xəbər verir ki, bir neçə il bundan əvvəl Yaponiyanın "Okayma Sanyo" liseyinin müəllim və şagirdləri dünyanın ən kiçik avtomobilini hazırlayıblar. Avtomobilin uzunluğu 45,2 santimetrdir və bu indiyədək ən kiçik avtommobil hesab olunur. 6 əsas batareyadan ibarət olan avtomobilin mühərrik və nəzarət sistemləri xüsusi formada hazırlanıb.
Dünyanın digər ölkələrində də kiçik avtomrobillər hazırlamaq istəyənlər az deyil. Məsələn, Böyük Britaniyalı avtokonstruktor Perri Vatkins ölçüsünə görə dünyanın ən kiçik minik avtomobillərindən biri hesab olunur. Bu avtomobil Ginnesin Rekordlar kitabına da düşmüşdü. Onun ölçüsü 48.3 santimetrdir.
Xatırladaq ki, çəkisinə görə dünyanın ən kiçik minik avtomobili isə 59 kiloqram çəkiyə malikdir. "Ripley's Believe It Or Not!” muzeyində sərgilənən "Peel 50", üç təkərli bir mikro avtomobildir. Orijinalları ilk olaraq 1960-cı illərdə “Manx Peel Engineering” şirkəti tərəfindən istifadə edilməyə başlanıb. 134 santimetr uzunluğundakı miniatür avtomobilin sol tərəfində təkcə bir qapısı, bir şüşəsiləni və bir farası var.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












