Dünyanın ən sürətli sedanı hazırlanıb - FOTO

Amerikalılar bildirirlər ki, təkmilləşdirmə paketi sayəsində model dünyada ən sürətli sedan olacaq. Avtosfer.az avto.az-a istinadən xəbər verir ki, yenilik məhdud tirajla– 24 ədəd buraxılacaq. Sedanın kapotu altında gücləndirilmiş ikili turboyükləyicisi olan 6,2-litrlik benzin V8 mühərriki quraşdırılacaq. Mühərrikin gücü 1000 a.g.-dür, maksimal sürət isə 386 km/saatdır.
Aqreqat, həmçinin döyülmüş alüminium porşnlər, yeni dirsək valı və silindrlər bloku alacaq. Bundan əlavə, “Hennessey” mühəndisləri yanacaqvermə və buraxma sistemlərini də təkmilləşdirirlər. Xatırladaq ki, “Cadillac CTS-V”-nin adi versiyası 6,2-litrlik 640 a.g. (477 kVt) və 855 Nm fırlanma anı verən 6,2-litrlik V8 mühərriki ilə təchiz edilir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bu, kupe “CTS-V”-ə 100 km/saat-a 4 saniyədən də tez çatmağa kömək edir. Avtomobilin maksimal sürəti 322 km/saatdır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













