Dünyanın yeganə iki seksiyalı minik avtomobili: Məqsəd nə idi? - FOTO - VİDEO

Bu avtomobilin adı hər şeyi deyir: “Sir Vival”, yəni həyatda qalma.
Avtosfer.az xəbər verir ki, avtomobilin yaradıcısı öz ixtirasını belə əsaslandırırdı: “Hər il milyonlarla amerikalı qəzada xəsarət alsa da, avtomobil sənayesi maşınların konstruksiyasında ciddi dəyişiklik etməyi düşünmür”.
Bəli, bu açıqlama qəzetlərdə dərc ediləndə 1958-ci il idi. Avtomobildə hər şey təhlükəsizliyə hesablanmışdı. Bamperlər plastikdən tökülüb, yan tərəflərdə təyyarə kimi qabarit işıqları var,təhlükəsizlik kəməri quraşdırılıb. Mühərrik salondan ayrılaraq qabaq seksiyada yerləşdirilib. Arxa hissə sərnişinlər və sürücü üçündür. Daha geniş görüş məsafəsi üçün sürücünün yeri nisbətən hündürdədir (gəmi kapitanı kimi). Dönmə mexanizmi oynaqlı birləşmə ilə həyata keçirilir (Sovetin məşhur K-701 traktorundakı kimi, lakin hidravlikasız).
Mühəndis Valter Jeromun 1959-cu ildə Massaçusest Universitetində tələbələrlə birgə hazırladığı maşın 1964-cü ildə Nyu-Yorkdakı sərgidə nümayiş olundu. Lakin ixtira maraq doğurmadı. Səbəb də sadə idi: avtomobilin kostruksiyası həddən artıq mürəkkəb, özü isə baha idi. Prototip 10 000 dollara təqdim edilirdi. Halbuki həmin pula 2 ədəd təzə “Cadillac” almaq mümkün idi.
Dəfələrlə əldən-ələ keçən yeganə prototipi ötən il ABŞ-ın avtomobil muzeylərindən biri aldı. Bu dəfə isə həmişəlik. Beləcə, maraqlı bir avtomobil layihəsi də tarix oldu.
Vüqar Yaşaroğlu
"Ford" 741 mindən çox avtomobili geri çağırır - "Karopka"da problem var
Çin təkərləri avropalı istehsalçılar üçün problem mənbəyinə çevrilir - FOTO
Çin avtomobilləri üçün saxta detal yoxluğunun səbəbi
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir












