DYP-dən 200 minlik maşınların saxlanılması ilə bağlı AÇIQLAMA

Son günlər Bakıda yol polisinin keçirdiyi reydlər zamanı qiyməti yüz minlərlə ölçülən maşınların saxlanılaraq cərimə meydançasına aparıldığı məlum olub. Avtosfer.az-da yayılan fotolardakı "Maserati" və "Mersedes-SLS" markalı avtomaşınların qiymətinin 200 min civarında olduğu deyilir.
Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov azvision.az-a bildirib ki, bahalı avtomobillərin sürücüləri tərəfindən yol-hərəkət qaydası pozulursa, dərhal yol polisi əməkdaşları tərəfindən saxlanılır. Onun sözlərinə görə, qanunvericiliyə əsasən bir neçə belə avtomobil cərimə duracağına aparılıb. “Hal-hazırda cərimə dayanacağında bir neçə bahalı avtomobil var. Eyni zamanda bir neçə motosikl da saxlanılıb və cərimə meydançasına aparılıb. Həmin nəqliyyat vasitələrinin cərimə duracağına qoyulmalarının hər birinin öz səbəbi var. Elektron qaydada tərtib olunmuş protokolları, təyin edilmiş cərimə məbləğini ödəməyənlər, polisin qanuni tələbini yerinə yetirməyənlər, yüksək tonlu siren və musiqi səsli siqnal səsləri quraşdıranlar, qanunla istifadəsi qadağan olunan səsgücləndirici vasitələrdən istifadə etdiklərinə və sənədləri olmayanların avtomobili cərimə meydançasına gətirilib”.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var













