DYP-nin pərdə-plyonka reydi - 76 sürücü 150 manat cərimələndi

“Ötən gün və bu gün ərzində Bakı şəhəri üzrə pərdə və jalüzlərdən istifadəyə görə 76 sürücüyə inzibati protokol tərtib edilib”. Avtosfer.az xəbər verir ki, bu barədə azvision-a açıqlamasında Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
DYP rəsmisinin sözlərinə görə, “Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələblərinə əsaslanaraq, görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan, sənaye üsulu ilə hazırlanan plyonka, pərdə və jalüzlərin quraşdırılaraq avtomobillərin istifadəsi faktlarına görə inzibati məsuliyyət tətbiq olunur: “Bununla əlaqədar bir neçə gün öncədən KİV vasitəsi ilə məlumat yayılıb və sürücülərə xəbərdarlıq olunub. Qanunun tələbinə əməl etməyən sürcülər 150 manat cərimələnəcək. Təbliğatın zamanında aparılmasının nəticəsidir ki, ötən il ilə müqayisədə cərimə olunan sürücülərin sayında xeyli azalma müşahidə olunur".
Qeyd edək ki, noyabrın 15-dən etibarən avtomobillərdə pərdə və plyonkalardan istifa etmək rəsmən qadağandır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










