DYP reydində bu da oldu: Sürücü qadını maşında qoyub qaçdı - VİDEO

Nizami Rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdiyi reyd zamanı maraqlı hadisələr baş verib. Əvvəlcə ondan başlayaq ki, bəzi sürücülər sərxoş vəziyyətdə sükan arxasında əyləşəndə yol polisi əməkdaşlarından qaçmaqla məsuliyyətdən yayına biləcəyini düşünür. Məsələn, bu avtomobilin sürücüsü yol polisi əməkdaşlarının qanuni əmrinə tabe olmayıb. Oqtay Vəliyev küçəsində avtomobilin sürücüsünə "Saxla!" əmri verilsə də, o, Babək prospektinə doğru hərəkətini davam etdirib. Prospektdəki yanacaqdoldurma məntəqələrindən birində avtomobili saxlayan sürücü qaçışını piyada davam etdirib. O qədər tələsib ki, avtomobildəki qadın sərnişini də unudub. Qadın sərnişin isə avtomobilin sürücüsü ilə təsadüfən yolda tanış olduğunu və avtomobilinə əyləşdiyini bildirib: "Oturdum maşına. Başladı mənimlə mədəni surətdə danışmağa. "Ay xanım, gecə vaxtı hardan gəlirsən?" Belə. Dedim ki, "atam, işdən çıxmışam, evə gedirəm, yorğunam". Dedi ki, "Allah kömək olsun, gecə vaxtı niyə işləyirsən?" Cavab verdim ki, "Evdə xəstə balam var, məcburam. Özüm müəlliməyəm. Amma belə vaxtda işdən çıxmağa məcburam". Söhbət eləyə-eləyə gəldik. Bura çatanda da belə... Dedim ki, ay qardaş, niyə belə eləyirsən. Qayıtdı ki, benzin vurmalıyam, benzin qurtarır. Amma demədi ki, dalımca polis düşüb. Benzinliyə çatanda açarı çıxartdı, qaçdı getdi".
Taksi kimi istifadə etdiyi avtomobili sənədsiz idarə edən sürücü də yol polisi əməkdaşlarını görən kimi qaçmağa çalışıb. Lakin çox uzağa gedə bilməyib və tezliklə ələ keçib. Avtomobil cərimə meydançasına yerləşdirilib, faktla bağlı protokol tərtib edilib. Nə qədər qəribə olsa da, o, avtomobili sənəsiz idarə etməsini sənədlərinin xalası qızında qalması ilə əsaslandırıb.
Üzərində hər rəng olan bu "VAZ-2106"-dan da taksi kimi istifadə edilir. Amma, görünür, sürücü sərxoş olduğundan və ya sənədləri olmadığından, yol polisi əməkdaşlarından qaçmağa üstünlük verib. Çox uzağa gedə bilməyəcəyini görən sürücü avtomobilini yolda ataraq gizlənib.
Reyd zamanı konstruksiya dəyişikliyi edilmiş avtomobillər də saxlanılıb. Belə avtomobillərin hamısı cərimə meydançasına aparılıb, sürücülər barəsində protokol tərtib edilib
DYP əməkdaşı Malik Ələkbərov: "Göründüyü kimi, nəqliyyat vasitəsinin arxası yerə dəyir. Avtomaşında konstruksiya dəyişikliyi edilib. Arxa yaylar kəsilib, maşının qabaq hissəsi qalxıb. Nəqliyyat vasitəsi saxlanılaraq, duracağa qoyulacaq. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə qanuni tədbir görüləcək".
"Niva" markalı avtomobil konstruksiya dəyişikliyi edildiyinə görə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sürücü avtomobili sənədsiz idarə edir. Sürücü əvvəlcə müqavimət göstərməyə çalışıb reydi işıqlandıran televiziya əməkdaşlarını təhqir etsə də, Post-Patrul Xidməti əməkdaşlarının əraziyə gəlməsindən sonra sakitləşib, avtomobilin açarlarını polis əməkdaşlarına təqdim edərək, yoluna piyada davam etməli olub. Avtomobil cərimə meydançasına aparılıb.
Reyd zamanı ksenon işıqlardan istifadə etməklə həm özünün, həm də digər sürücü və sərnişinlərin həyatını təhlükə altına atan onlarla sürücü də saxlanılıb. Onlar barəsində də protokol tərtib edilib, avtomobillər cərimə meydançasına aparılıb. Bu sürücülər yalnız nasazlığı aradan qaldırdıqdan sonra avtomobillərini cərimə meydançasından götürə biləcəklər. Onları 150 manatlıq cərimə də gözləyir.
APA TV
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










