Əhali kreditdə olan avtomobili kütləvi şəkildə banka geri qaytarır

"Yanvar ayında kreditlə maşın almışdım. Kreditləşmə dollarla aparıldığı üçün o dövrə olan məzənnə (0,78 AZN) ilə ödəniş edirdim. Ancaq dolların kəskin bahalaşması nəticəsində bu gün mənim kreditim azı 100% faiz bahalaşıb. Faktiki olaraq indi avtomobilin kreditini ödəyə bilmirəm. Bundan başqa, kredit faizləri də bir yandan ümumi kreditə əlavə olunub". Bunu BAKU.WS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Samir Məmmədov söyləyib. Onun sözlərinə görə, krediti ödəmək artıq müşkülə çevrilib. Samir deyir ki, banka müraciət edib və ərizə yazıb ki, kredit ödənişindən imtina edir: Qoy bank o maşını götürüb krediti bağlasın. Onsuzda avtomobillərin qiyməti uçuzlaşır. Banka 2 qat qiymətinə kredit ödəyənə kimi gedib ucuz qiymətə bazardan avtomobil alaram. Mənim bundan başqa çıxış yolum yoxdur". Hazırda paytaxtda Samirlə eyni fikirdə olanların sayı az deyil. BAKU.WS-in banklardan əldə etdiyi məlumata görə, vətəndaşlar xüsusilə avtomobil kreditlərindən imtina edir. Girovda olan avtomobilindən və ya əmlakından imtina edən vətəndaş kredit ödənişindən yaxa qurtarmağa çalışır. Lizinqlə satılan avtomobillərlə bağlı vəziyyət isə daha acınacaqlıdır. Çünki bu cür kreditlər daha uzun müddətə verilir və faizlər üst-üstə gəldikdə kredit xeyli baha başa gəlir. Bununla yanaşı, kredit ödənişi müddətində dolların bahalaşmasının davam etməsi ehtimalları da kreditlərdən imtinaya zəmin yaradır. Bu prosesin kütləvi hal alacağı halda avtomobil bazarında qiymətlərin bir az da ucuzlaşacağını güman etmək olar. Çünki banklar vətəndaşdan geri aldığı avtomobili əlindən çıxara bilmək üçün ucuz qiymətə satmağa çalışır. Nəticə etibari ilə bazarda ucuz avtomobil təklifi artır. Bəzi banklar ödənişlərdə müəyyən güzəştlər etməyə çalışır. Ödəniş müddəti artırılır, kreditin faizlərinə cuzi güzəştlər edilir və s. Ancaq dolların günü-gündən bahalaşması əhalinin banka girov kimi qoyduğu əmlakından və ya avtomobilindən imtina etməsi prosesisini sürətləndirir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










