Ekspert ödənişli yol barədə: "Əgər oradan meyit daşımaq istəmiriksə..."

Ödənişli olan Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunda radar və sürət həddinin olmaması ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Bu, heç də vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bunun ciddi fəsadları olacaq: “Düşünürəm ki, yeni ödənişli yolda radar və kameraların olmaması problemli mövzudur, bunun ciddi fəsadları olacaq. Çünki dünyanın bir çox ölkəsində olduğu kimi bizim sürücülərimiz də yüksək sürətə meyillidir. İnsanların mədəniyyət və təfəkkürü əgər inkişaf edibsə, o bilir ki, sürət ona ziyan verəcək, qəza törədəcək. Çox təəssüf, bizdə bir çox insan fikirləşir ki, kamera yoxdursa, istədiyimizi edək".
Ekspert vurğulayıb ki, radar və kamera mütləq quraşdırılmalıdır: “Bu məsələ dərhal həll edilməlidir. Digər yollarda necə nəzarət varsa, bu yollarda da radar və kamera quraşdırılmalıdır. Fikrimcə, aidiyyatı qurumlar burada nəzarəti mütləq həyata keçirməlidirlər. Ərazidə yol patrul xidməti olmalıdır. Əks halda, fəsadları çox ağır olacaq. Biz oradan meyit daşımaq istəmiriksə, gec olmadan dediklərim diqqətə alınmalıdır”.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












