Eldar Mahmudov qəzaya düşdü
Avtoxəbər
19 Noyabr 2015 14:59

"Nissan" markalı minik maşını "Ford" markalı yük maşını ilə toqquşub
Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Regiontv-yə istinadən xəbər verir ki, İsmayıllı rayon sakini 29 yaşlı Eldar Şahin oğlu Mahmudovun idarə etdiyi "Nissan" markalı minik maşını "Ford" markalı yük maşını ilə toqquşub. Nəticədə "Nissan"ın sürücüsü ağır bədən xəsarətləri alıb. Zərərçəkən dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona tibbi yardım göstərilərək Gəncə şəhər xəstəxanalarının birinə göndərilib. Qəzanın başvermə səbəbləri isə mağazadakı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Görüntüdən də məlum olur ki, "Ford"un sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan sürət həddini aşaraq hərəkətinə davam edib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 8338
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
16 Oktyabr 2026 20:57
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
16 Oktyabr 2026 19:30
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
16 Oktyabr 2026 16:48
Elektromobillər tıxacların artmasına səbəb olur?
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
12 Oktyabr 2026 18:54
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
12 Oktyabr 2026 17:41
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
12 Oktyabr 2026 17:16
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT
ŞƏRH YAZ












