Elektrik avtomobillərinə güzəştin artırılması təklif edilir

Getdikcə hibrid və elektrik avtomobillərinə keçmək lazımdır. Zavod buraxılışı tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobillərinin idxalı gömrük rüsumundan azad edilib. Düşünürəm ki, bu müddət 5-6 ilə qədər artırılmalıdır.
Avtosfer.az-ın məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, bu maşınların, demək olar ki, ekoloji tullantıları olmur. Digər yeni maşınları isə baha olduğuna görə əhalinin əksəriyyət hissəsi ala bilmir.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin sözügedən qərara dair izahında qeyd edilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 411 №-li Qərarı Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Plam”nın 7.3.3.2-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobillərinin, həmçinin, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib.
Trend
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ








