Elektriklə, yoxsa benzinlə işləyən avtomobil: Hansı daha əlverişlidir?

Yeni avtomobil almaq istəyən sürücülər qarşısında daim bir sual dayanır. Elektriklimi, hibridmi, yoxsa klassik benzin və ya dizel mühərrikli maşın? Ekoloji təmizlik trendləri ilə paralel olaraq, elektromobillər son illərdə geniş yayılıb. Lakin istifadədə ortaya çıxan bəzi çətinliklər, bu seçimin nə qədər məqsədəuyğun olduğunu bir daha düşündürür. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Reddit markalı avtomobil istifadəçisi aldığı elektrikli avtomobillə bağlı sərt fikirlərini bölüşüb. O, maşını "həyatının ən böyük narahatlığı", "praktik olmayan" və "mənasız seçim" adlandırıb. Onun sözlərinə görə, batareyanın tez-tez doldurulması zərurəti səbəbindən bütün səfərləri uzanır və bu, ciddi vaxt itkilərinə səbəb olur. 160 km-dən uzaq məsafələrə getmək üçün bir neçə məcburi dayanacaq planlaşdırmaq məcburiyyətində qalırlar. “Batareyanın dolması minimum 30 dəqiqə çəkir, bu da təxminən 240 km üçün kifayət edir. Hər dəfə daha çox vaxt itiririk”, – sürücü bildirib.
O, həmçinin qeyd edir ki, aşağıdakı hallarda batareya daha tez boşalır:
Dağa qalxarkən, 110 km/saatdan yüksək sürətlə hərəkət edərkən, isti və ya soyuq havada, kondisionerdən istifadə zamanı. Sürücü qadın bir çox önəmli görüşlərə gecikdiyini, gündəlik işlərini çatdıra bilmədiyini də vurğulayır. Ərinin elektrikli avtomobilləri bəyəndiyini və hər dəfə benzinin bahalılığını əsas gətirərək dəyişiklikdən imtina etdiyini deyir. Lakin artıq onun üçün enerjiyə qənaət yox, praktiklik önəmlidir. Bir dəfə 2 saatlıq səfərlərinin 6 saata uzandığını, səbəbin isə dolu şarj stansiyasının boşalmasını gözləmək olduğunu bildirir. “Kaş, benzinlə işləyən maşın alsaydıq. Bu ağılsız elektrikli maşın, üzləşdiyim ən böyük narahatlıqdır”, – o, sonda təəssüfünü ifadə edib. Nəticə etibarilə, hər kəs öz ehtiyaclarına uyğun seçim etməlidir. Lakin elektromobil almazdan öncə mümkün çətinliklər və texniki məhdudiyyətlər nəzərə alınmalıdır. Xüsusilə tez-tez uzun məsafəyə gedənlər üçün bu tip avtomobillər bəzən düşündüyünüz qədər rahat olmaya bilər.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










