Elektrikli avtomobil xaricə söyüş söyəcək

Sakit işləməsi ilə tanınan elektrikli nəqliyyat vasitələrinə təhlükəsizlik üçün əlavə edilən xarici səs sistemləri gözlənilməz mübahisəyə yol açıb. Çində istehsal olunan elektrikli güc aqreqatını “Mazda”nın dizaynı ilə birləşdirən “CX-6e” modelində xaricə səs ötürən yeni xəbərdarlıq sistemi tətbiq olunub.
Avtosfer.az xarici mediaya istinadən xəbər verir ki, sistem sürücüyə avtomobilin xaricindəki piyadalara və digər sürücülərə əvvəlcədən hazırlanmış mesajları ucadan səsləndirmək imkanı verir. Məsələn, yola diqqətsiz çıxan piyadaya “Siyahıdan başınızı qaldırın” və ya digər avtomobilə “Siz keçin” kimi səsli bildirişlər göndərmək mümkündür.
Lakin Avstraliyada sınaqdan keçirilən avtomobildə sistemin sui-istifadəsinə qarşı heç bir ciddi məhdudiyyətin olmadığı ortaya çıxıb. Sürücülər daxildən dinamik vasitəsilə digər hərəkət iştirakçılarına söyüş və təhqirlər yağdıra, hətta öz səs yazılarını və söyüşlü ifadələri xaricə ötürə bilirlər. Adi avtomobil siqnalının belə gərginliyə səbəb olduğu tıxaclarda bu xüsusiyyətin yollarda ciddi münaqişələrə zəmin yaradacağı bildirilir. Mütəxəssislər şirkətin yaxın zamanlarda proqram təminatı yenilənməsi ilə bu funksiyanı məhdudlaşdıracağını gözləyirlər. (yenisabah)
Dərin gölməçələrdən keçən maşınları nə gözləyir? — Usta AÇIQLADI
Yanğın zamanı elektromobildən ayrılan yüksəkgərginliki batareya
Avtomobil sığortası BAHALAŞACAQ?
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
Avtomobil bazarında köklü dəyişiklik – Çin brendləri lider oldu
Belə maşınları satmaq olmaz - Vəkil səbəbini açıqladı
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?











