Elektrikli avtomobillər üçün yeni qaydalar hazırlanır - BU TARİXDƏ

Azərbaycanda ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsi nəzərdə tutulur.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu çərçivədə energetika sahəsində tətbiq edilən normativ hüquqi aktlara dəyişikliklərlə bağlı təkliflərin hazırlanması planlaşdırılır.
Məqsəd tənzimləyici və inzibati məhdudiyyətlərin aradan qaldırılması, elektrik nəqliyyatının istifadəsi üçün daha əlverişli mühitin formalaşdırılmasıdır.
Eyni zamanda, elektrikdoldurma infrastrukturunun inkişafı istiqamətində də addımlar atılır. Belə ki, elektrikdoldurma cihazları və bu sahədə istifadə olunan proqram təminatı üçün tələbləri müəyyən edən texniki reqlamentlərin hazırlanması, müvafiq standartların formalaşdırılması nəzərdə tutulur.
Bundan əlavə, "Vahid elektrikdoldurma xidməti platforması" informasiya sistemi ilə bağlı əsasnamə layihəsi hazırlanacaq.
Həmçinin elektrikdoldurma xidmətlərinin göstərilməsi qaydalarını müəyyən edən normativ hüquqi aktın hazırlanması da planlaşdırılır.
Digər istiqamətlərdən biri isə nəqliyyat vasitələrinin utilizasiyası sahəsidir. Bu sahədə cəlbediciliyin artırılması üçün mövcud vəziyyət təhlil ediləcək, qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq tədbirlər həyata keçiriləcək.
Layihələr üzrə sənədlərin müvafiq qurumlarla cari ilin sonuna qədər hazırlanması nəzərdə tutulur.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












