Elektrikli avtomobillərin satışı sürətlə artır

2025-ci ilin may ayında dünyada elektrikli avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 1,6 milyon ədədə çatıb. Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, artımın əsas səbəbi Çin bazarında qeydə alınan rekord göstəricilər olub. Beynəlxalq araşdırma şirkəti Rho Motionun məlumatına görə, Çin may ayında ilk dəfə 1 milyon elektrikli avtomobil satışını gerçəkləşdirib. Ölkədə satışlar ötən ilin may ayına nisbətən 25 faiz artıb. Ekspertlər bu artımı daxili tələbin yüksəlməsi ilə izah edirlər. İlin ilk beş ayında, yəni yanvar-may dövründə, qlobal elektrikli avtomobil satışları ümumilikdə 7,2 milyon olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artım deməkdir. Maraqlıdır ki, bu satışların 61 faizi yalnız Çin bazarının payına düşüb.
Həmin dövrdə:
- Çində 4,4 milyon,
- Avropada 1,6 milyon,
- Şimali Amerikada 700 min,
- Digər ölkələrdə isə 600 min elektrikli avtomobil satılıb.
Avropa bazarında satışlar 27 faiz, digər ölkələrdə isə 36 faiz artım göstərib. Lakin Şimali Amerikada bu artım cəmi 3 faizlə məhdudlaşıb. Bu rəqəmlər arasında ən mənfi dinamika Kanadada müşahidə olunub – satışlar 20 faiz azalıb, ABŞ-da isə yalnız 4 faiz artım qeydə alınıb. Rho Motionun məlumat rəhbəri Çarlz Lester bildirib ki, satışlarda diqqətçəkən fərq Çin bazarındakı güclü artımla Şimali Amerikadakı zəif dinamika arasındakı fərqdir. Onun sözlərinə görə bu proseslərə ən böyük təsir vergi güzəştləri və dövlət dəstəyidir. Məsələn, Kanadada dövlət subsidiyalarının ləğvi satışların azalmasına səbəb olub. Almaniyada isə yeni vergi güzəştləri tətbiq edildiyi üçün yaxın aylarda artım gözlənilir. ABŞ-da isə xaricdə istehsal olunan avtomobillərə tətbiq edilən 25 faiz idxal rüsumları və 2026-cı ildən vergi güzəştlərinin mərhələli şəkildə ləğv ediləcəyi ilə bağlı gözləntilər bazara mənfi təsir göstərir.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












