Əmisinin maşınını qaçıran yeniyetmə “avtoş”luq edərkən saxlanıldı - FOTOLAR

Nizami rayonunda “Mercedes” markalı, 90-LY-417 dövlət nömrə nişanlı avtomobili idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan 16 yaşlı yeniyetmə saxlanılıb. Avtosfer.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Əlizadə Ramal Zaur oğlu Qara Qarayev prospektində yol hərəkəti qaydalarını pozduğu üçün Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Lakin o, yol polisinə tabe olmayaraq A.Manafov və Özbəkstan küçələrində da qayda pozaraq qaçmağa davam edib.
Nəhayət, yol polisi tərəfindən saxlanılan şəxsin yeniyetmə olduğu, sürücülük hüququ və digər sənədlərinin isə olmadığı üzə çıxıb.
Məlum olub ki, Ramal Əlizadə əmisinin avtomobilini götürərək idarə etməyə başlayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.3, 511.1.3, 332.1, 332.2, 330.0.2, 327.1 maddələri işə araşdırma başlayıb. Polisə tabe olmayan, avtoxuliqanlıq edən, manevr qaydasını pozan, sürücülük hüququ olmadan və etibarnaməsiz nəqliyyat vasitəsini idarə edən Ramal Əlizadə barəsində toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Əlizadə Ramal Zaur oğlu 500 manat cərimə edilib.
Emin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO














